Tehranda səfirliyin bağlanması - "Özümüzü yetim kimi hiss edirik"
18 May 2023
"Azərbaycan səfirliyi bağlanan gündən konsulluğun iş yükü artıb, həmyerlilərimizin işi çətinləşib. Axı, sənəd işlərimizi səfirlik həll edirdi, indi qalmışıq çətin vəziyyətdə", – bu sözləri AzadlıqRadiosuna 12 ildən çoxdur İranda yaşayan azərbaycanlı Gülər Rəzmi deyir.
Bu il yanvarın 30-da Azərbaycan səfirliyinin əməkdaşları Tehrandan evakuasiya edilib, səfirliyin fəaliyyəti dayandırılıb. Yanvarın 27-də səfirliyə silahlı hücum edən şəxs diplomatik missiyanın mühafizə xidmətinin rəisini qətlə yetirmiş, iki mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanmışdı. Azərbaycan bu hücumu "terror aktı" adlandırıb. XİN isə vətəndaşları İrana səfərdən çəkinməyə çağırıb. İran səfirliyə silahlı hücumun araşdırılacağını bəyan edib.
Ailə qurandan sonra Təbrizə köçən Gülər Rəzminin həm işi, həm də təhsili ilə bağlı vaxtaşırı səfirliyə yolu düşürdü. Səfirlik bağlanan gündən isə həllini gözləyən problemlərinin üstə-üstə yığıldığını deyir.
"Səfirlikdə pasport, uşaqların doğumunun qeydiyyatı, səsvermə barədə məlumat vermək,.. həbs edilmiş, xəstə və ya ehtiyac içində olanlara, uşaqlarından ayrı qalmışlara yardım, ölümlərin qeydiyyatı kimi vacib xidmətlərdən yararlana bilirdik. Yaxud da polisə getməzdən əvvəl oğurluq və itki halları haqda səfirlik nümayəndəsindən yol göstərməyini xahiş edirdik. Səfirlik əməkdaşları da bizi tanıyır, istənilən mövzuda əl uzadırdı. İndi özümüzü yetim kimi hiss edirik. Konsulluğun fəaliyyəti başqa cür tənzimlənir, indi məcbur olub bizim dərdlərimizə də çarə tapmağa çalışırlar. Amma çətindir", – Rəzmi danışır. O, İranda bir çox problemlərin onsuz da gec həll olunduğunu düşünür, "səfirliyin öhdəsindən gəlməyə çalışdığı problemlər indi daha qabarıq hala gəlib", - deyə əlavə edir.
2022-ci ilin sonunda ticarətə qoşulan K.S. deyir ki, səfirliyin fəaliyyətini dayandırması yolunda gedən işlərin önünə daş qoyub.
"Tehranda yaşayıram və Azərbaycanda olan biznesimə sərmayə yatırmaq üçün səfirliyin aidiyyəti şöbəsinə üz tuturdum. İndi isə kiçik sənəddən, ya məsləhətdən ötrü gərək konsulluğa gedim. Bu da həm maddi cəhətdən problemdir, həm də vaxt çox gedir. Səfirliyin daxilində ticarət qanunlarının müzakirəsi üçün başbilənlər var idi. Konsulluqda belə birini də tanımırıq", – o deyir.
Təkcə Azərbaycan ilə bağlı yox, İranda daxili daşınmaz əmlak məsələlərində də səfirliyin köməyə çatdığını deyən K.S. "təhlükəsizliyi, mühafizəsi nəzərə alınmaqla ya fəaliyyətə başlasın, ya da biz köçək gələk Azərbaycana" deyərək diplomatik missiyanın açılmasını arzulayır.
Təhsili ilə bağlı sənəd problemi yaşayan azərbaycanlı tələbə AzadlıqRadiosuna danışır ki, konsulluğa müraciət üçün Təbrizə getmək ona baha başa gələcək, çünki özünü çətinliklə dolandırır: "Bizdən əvvəl məzun olanlara səfirlik yardım etmişdi, indi qalmışıq havada. Sevdiyim xanımla rəsmi nikah bağlamalıyam. Səfirlikdən kömək istəyəcəkdim, o da bağlandı. Çoxu deyir ki, get, konsulluq həll edəcək. Burada iki başağrısı var. Birincisi maddiyyatdır, amma bunu yenə borc-xərc həll edərəm. Əsas məsələ - eşitdiyimizə görə, oraya müraciət edən azərbaycanlılar siyahıya alınır və bu, bizim üçün təhlükə yarada bilər. Ona görə qalmışam belə…".
Dostunun öz problemlərinin həlli üçün konsulluğa müraciət etdiyini yada salan tələbə deyir ki, səfirlik ilə müqayisədə vaxt çox gedir.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəallarından biri, Türkiyədə yaşayan Ağrı Qaradağlı sözügedən işlərin konsulluqda həyata keçirilməsini bir qədər təhlükəli hesab edir.
"İran kəşfiyyatının konsulluğa müraciət edən azərbaycanlılara birbaşa, yaxud dolayı şəkildə nəzarət etdiyini bilirik. Bu, insanlarda haqlı qorxu və narahatlığın da yaranması ilə nəticələnir", – deyən fəal səfirliyin tezliklə açılmalı olduğunu vurğulayır. Nəzarətlə bağlı deyilənlərə İran tərəfin münasibəti bəlli deyil.
Xarici İşlər Nazirliyindən Tehrandakı səfirliyin fəaliyyətini nə vaxt bərpa edəcəyi haqda məlumat almaq mümkün olmayıb.
Azərbaycanın Təbrizdəki konsulluğundan isə AzadlıqRadiosuna deyilib ki, sənəd işləri üçün müraciət edib növbəyə yazılmaq lazımdır. Konsulluq bildirir ki, səfirlik bağlanandan sonra istər Tehrandan, istərsə də digər şəhərlərdən müraciətlərin sayında ciddi artım var: "Səfirliyin insanlara göstərdiyi xidmətlərin, demək olar ki, hamısının öhdəsindən konsulluq da gələ bilir. Xüsusən, vətəndaşlıq vəziyyətləri ilə bağlı (nikah, boşanma), doğum və ölüm kağızlarının alınması, təhsil və iş sənədlərinin yenilənməsi kimi məsələlərdə konsulluq birbaşa yardım edir. Səfirliyin özünə aid bəzi məsələlər var ki, onlar ilə bağlı da bacardığımız yardımı etməyə çalışırıq. Bura da ticari xidmətlər və sairə daxildir".
Tehranda səfirlik bağlanandan sonra iki ölkənin münasibətlərində gərginlik artıb, qarşılıqlı ittihamlar səslənib. Azərbaycanda İrana bağlı casus şəbəkəsinin üzvlərinin saxlandığı bildirilib.
İran isə Azərbaycanın İsraildə səfirlik açmasını qınayıb, ərəb və İslam ölkələrini Azərbaycanın bu hərəkətini qətiyyətlə pisləməyə çağırıb. Tərəflər bir-birinin mediasını yalan, qərəzli məlumatlar, düşmənçilik yaymaqda ittiham edib.

"Çətindir"

"Ticarət qanunlarını bilənlər vardı"

İki məsələ

Nəzarət iddiaları