“Teatrdan çıxdım, alverə başladım” - Xalq artisti
16 Yanvar 2023
“Elə məqamlar olub ki, aktyor olmağıma peşman olmuşam, hətta sənətdən küsüb getmişəm də...”
Bu sözləri Xalq artisti Qurban İsmayılov “Düzünə qalsa...” verilişində deyib.
Aktyor başına gələn əhvalatı danışıb: “Teatrdan çıxdım. Dedim ki, alver etmək istəyirəm. Ukraynada yaşayan qohumuma zəng etdim ki, nə lazımdır? Dedi, gör konyak varsa, al gətir. O da qadağan olunmuşdu axı. Risk etdim, 40 konyak alıb getdim. Sən demə, qatara bileti səhv almışam. Sonra öz qatarıma keçdim, onda da yatıb qaldım. Konyaklar ucuz qiymətə satıldı. Sonra o pula uşaq kalqotqaları aldım ki, satım. Heç o da satılmadı, pul çıxmadı”
Q. İsmayılov bu həyatda ən çox əlacsızlıqdan qorxduğunu bildirib: “Pis şeydi. Kiməsə ağız açmaq olar, ayıb deyil ki. Amma bir də var ki, əlacsızsan. Ağız açmağa da adam yoxdu. Hər yerdən ümidin qırılıb, çox pis şeydir bu!”