Logo
news content
User
Kateqoriyalar

Xəbər

TBMM-ə seçkilər: Hansı qüvvələr iştirak edəcək?

Türkiyədə mayın 14-də, prezident seçkisi ilə eyni gündə keçiriləcək parlament seçkisinə dörd ittifaq qoşulur. Xalq ittifaqında Ədalət və İnkişaf, Milliyyətçi Hərəkat, Böyük Birlik, Yenidən Rifah partiyaları yer alır.

Millət ittifaqı Cümhuriyyət Xalq, Səadət, Gələcək, Demokratiya və Sıçrayış, Demokrat partiyalarını və Yaxşı Partiyanı birləşdirir.

Əmək və Azadlıq ittifaqında Yaşıl Sol Partiya, Türkiyə Fəhlə və Əmək partiyaları cəm olub.

Ata ittifaqında Zəfər və Ədalət partiyaları bir araya gəlib.

Partiyaların seçkiyə öz adı ilə qatıla bilməsi üçün 81 vilayətin ən azı 41-dən namizəd göstərməsi tələb olunur.

600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə düşmək üçün ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmaq gərəkdir.

Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.

Namizədlərin rəsmi siyahısı aprelin 19-da açıqlanacaq.

Ali Seçki Qurumu prezidentliyə dörd nəfərin namizədliyini qeydə alıb: prezident, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan, millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının lideri Məhərrəm İncə, müstəqil siyasətçi Sinan Oğan.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.