Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tbilisidə atıcılıq mərkəzində partlayış olub, ölənlər var

Gürcüstanın paytaxtı Tbilisinin Boçormi küçəsində yerləşən atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub.

Məlumatı Gürcüstan DİN təsdiqləyib.

Xəsarət almış daha 4 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Əraziyə polis və yanğınsöndürənlər cəlb edilib, faktla bağlı araşdırma aparılır.