Tarif Şurası: "Gecələrin əfəndisi" yedək quruma çevrilir
06 Aprel 2022
Aprelin 5-də Prezident İlham Əliyev ""Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Fərmana dəyişiklik edib. Dəyişikliyə görə, Tarif Şurası artıq ictimai əsaslarla çalışan kollegial orqanına çevrilir. Şura Katibliyinin əməkdaşları isə dövlət qulluqçuları hesab olunmayacaq. Lakin qurum qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirməyə davam edəcək.
Bu qərar nəyi dəyişəcək? Tarif Şurasından "Turan"a bildirilib ki, onların fəaliyyəti şəffaf, qərarları əsaslıdır. Qurumdan vurğulandığına görə, onlar fəaliyyətlərində Azərbaycan Konstitusiyasını, qanunlarını, prezidentin fərman və sərəncamlarını, habelə ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar.
Deputat Sabir Rüstəmxanlı isə agentliyə deyib ki, Tarif Şurasının fəaliyyəti dəfələrlə Milli Məclisdə büdcə müzakirələri, baş nazirin hesabatının təqdimatı zamanı tənqid olunub: "Təbii ki, prezident bu məsələ ilə bağlı cəmiyyətdəki narazılığı hiss edir. Ona görə də, məsələnin kollegial formada həllini daha doğru hesab edir".
Deputat qeyd edib ki, həmişə qiymətlər malın maya dəyərinə uyğun tənzimlənirdi: "İndi o prinsiplər yaddan çıxıb, hansı nazirlik necə istəyir, o cür də qiymət qoyur. Bu məsələdə ümumi qayda yaradılmalıdır, nəzərə alınmalıdır ki, əhalinin o kommunal xərcləri ödəməyə pulu çatırmı? Çünki qiymətlər bir sürətlə artır, maaşlar, pensiyalar isə başqa sürətlə".
Onun fikrincə, prezidentin Tarif Şurası ilə bağlı fərmanı bu məsələdə müəyyən qayda-qanun yaradacaq.
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə AzadlıqRadiosuna bildirib ki, tənzimlənən qiymətləri Tarif Şurasının müəyyən etməsi hüquqi olaraq düzgün hal deyil: "Azərbaycan Konstitusiyasına görə, ölkədə ödənişlər, tənzimləmələr Milli Məclisin səlahiyyətində olan məsələlərdir. Ona görə də, ümumiyyətlə, Tarif Şurasının hüquqi statusu mübahisəlidir".
Hüquqşünasın sözlərinə görə, son dəyişiklərdən sonra Tarif Şurasının statusu ilə bağlı ziddiyyətlər yaranıb. Onun vurğulamasına görə, yeni fərmanla bu qurum icra hakimiyyəti və dövlət orqanları sistemindən çıxarılıb: "Amma onun tabeçiliyinin təyin olunma məsələsinin tənzimlənməsi ali icra hakimiyyəti orqanın rəhbəri - prezident tərəfindən həyata keçirilir. Şuranın tərkibi də sırf dövlət orqanlarının təmsilçilərdən ibarətdir. Burada ziddiyyət ortaya çıxır. Əgər bu qurum dövlət orqanları sistemindən çıxarılırsa, bunun statusu nədir? Onun üç hakimiyyət budağında yeri haradadır?"
İqtisadçı Natiq Cəfərli də hesab edir ki, qiymətlərin tənzimlənməsini Tarif Şurası yox, Milli Məclis həyata keçirməlidir: "Tarif Şurası ləğv edilməlidir. Tarif Şurasının müəyyən etdiyi qaydalar dövlət büdcəsinə təsir edir deyə, bu, parlament tərəfindən müzakirə olunub tənzimlənməlidir. Belə olan halda Tarif Şurası Nazirlər Kabineti nəzdində yalnız məsləhətverici orqan ola bilər".
O qeyd edib ki, Tarif Şurasının bundan öncəki çalışma mexanizminə baxanda qurum haqqında insanların yadında iki şey qalıb: "Biri - gecə toplaşır, ikinci isə həmişə qiymətləri qaldırır. Qiymət artımlarının əsaslandırılması ya olmur, ya da həddindən artıq zəif olur".
Tarif (qiymət) Şurasının tərkibi Azərbaycan prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli fərmanı ilə təsdiq edilib. Fərmana görə, quruma İqtisadiyyat naziri rəhbərlik edir. Şuranın üzvləri isə nazirlik və komitələrdə yer alan müavinlər olur. (Azadlıq Radiosu)

"Prezident cəmiyyətdəki narazılığı hiss edir"

"Burada ziddiyyət ortaya çıxır"
Hüquqşünasın sözlərinə görə, son dəyişiklərdən sonra Tarif Şurasının statusu ilə bağlı ziddiyyətlər yaranıb. Onun vurğulamasına görə, yeni fərmanla bu qurum icra hakimiyyəti və dövlət orqanları sistemindən çıxarılıb: "Amma onun tabeçiliyinin təyin olunma məsələsinin tənzimlənməsi ali icra hakimiyyəti orqanın rəhbəri - prezident tərəfindən həyata keçirilir. Şuranın tərkibi də sırf dövlət orqanlarının təmsilçilərdən ibarətdir. Burada ziddiyyət ortaya çıxır. Əgər bu qurum dövlət orqanları sistemindən çıxarılırsa, bunun statusu nədir? Onun üç hakimiyyət budağında yeri haradadır?"
"Tarif Şurası yox, Milli Məclis…"
İqtisadçı Natiq Cəfərli də hesab edir ki, qiymətlərin tənzimlənməsini Tarif Şurası yox, Milli Məclis həyata keçirməlidir: "Tarif Şurası ləğv edilməlidir. Tarif Şurasının müəyyən etdiyi qaydalar dövlət büdcəsinə təsir edir deyə, bu, parlament tərəfindən müzakirə olunub tənzimlənməlidir. Belə olan halda Tarif Şurası Nazirlər Kabineti nəzdində yalnız məsləhətverici orqan ola bilər".
O qeyd edib ki, Tarif Şurasının bundan öncəki çalışma mexanizminə baxanda qurum haqqında insanların yadında iki şey qalıb: "Biri - gecə toplaşır, ikinci isə həmişə qiymətləri qaldırır. Qiymət artımlarının əsaslandırılması ya olmur, ya da həddindən artıq zəif olur".
Xatırlatma