Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tanınmış həkimdən iddia: "Anamı ölürüblər"

Tanınmış həkim terapevt Aysel Əskərovanın anası vəfat edib.

Bu barədə paylaşım edən həkimin iddiasına görə, anası öz əcəli ilə ölməyib, qarət məqsədilə öldürülüb: “Anamın pilləkəndən yıxılaraq həyatını itirdiyini dedilər. Biz bunun qarət məqsədilə törədilmiş qətl olduğunu düşünürük”.

Aysel Əskərova bildirib ki, hadisə ötən gecə Lənkəranın Girdəni kəndində baş verib: “Anam 1965-ci il təvəllüdlüdür. Bacım qızı ilə yaşayırdı. Qız səhər oyanıb görüb ki, anamın üst-başı qan içindədir. İlkin məlumat olaraq onun pilləkəndən yıxılıb öldüyünü deyirlər. Amma biz buna inanmırıq, anamın üzərində xəsarət izləri var”.

Hüquq-mühafizə orqanlarından saytımıza hadisənin araşdırıldığını bildiriblər. (Qafqazinfo)