Logo
news content
User
Kateqoriyalar

Xəbər

Talıbovun yaratdığı daha bir sistem tarixə gömülür

Naxçıvan Muxtar Respublikasında polis sahə müvəkkillərinin kütləvi şəkildə sərəncama göndərilməsi barədə məlumat yayılıb.

“Gündəlik Naxçıvan” xəbər verir ki, MR-in rayonlarının hər bir kəndində yaradılmış polis məntəqələri ixtisar edilir.

Belə ki, 2008-ci ildən Naxçıvan MR Ali Məclisin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvanın bütün kənd və qəsəbələrinin hər birində polis məntəqələri yaradılıb və məntəqələrin hər birinə sahə müvəkkili təyin edilib. Məlumata görə, yeni qərara səbəb ixtisar aparmaqla büdcəyə qənaət etməkdir.

Bildirilib ki, bir qrup sahə müvəkkili məlumatı təsdiqləyib. Sərəncama götürülən sahə müvəkkilləri bundan sonra hər kənddə polis məntəqəsinin olmayacağını, Azərbaycanın digər rayonlarında olduğu kimi 3-4 kəndi birləşdirən polis məntəqələrinin olacağını qeyd ediblər.