Logo
news content
User
Kateqoriyalar

Xəbər

Taliban evlilik qanunlarını dəyişdi: Qadınların boşanma qərarları ləğv edildi

Əfqanıstanda qadınlara qadağa qoyan Taliban bu dəfə evlilik qanunlarını dəyişib.

Pressklub.az “Vaşinqton Post“ qəzetinə istinadən bildirir ki, müvafiq olaraq, keçmiş rəhbərlik dövründə nikahlarına birtərəfli qaydada xitam verilən qadınların boşanma qərarları ləğv edilib.

Amerikanın qəzetinin xəbərinə görə, əvvəlki hökumət dövründə ərləri tərəfindən pis rəftar və zorakılığa məruz qalan əfqan qadınlar qanunun onlara verdiyi hüquqla birtərəfli qaydada nikahlarını poza və rəsmi olaraq boşana bilərdilər. Taliban administrasiyası isə geriyə qüvvədə olan birtərəfli boşanmaları “qanuni” qaydalarla etibarsız elan etdi. Hökmdən sonra minlərlə əfqan qadın qanunsuzluq və zina ittihamı ilə üzləşib.