Taksi xidməti bahalaşacaq? - Yaxud, bir qərarın pərdəarxası
09 Fevral 2022
Fevralın 7-də prezident İlham Əliyev Bakının nəqliyyat sistemində idarəetmənin dəyişməsinə fərman verib. Fərmana görə, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə, agentliyin “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Daxili İşlər Nazirliyinin tabeliyinə keçir.
Dövlət başçısı Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində təqdim etməyi tapşırıb.
Fərmanı şərh edən iqtisadçı, müxalif Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli yazıb: “2015-ci ildəki devalvasiyalardan sonra Azərbaycanda hər il inflyasiya qeydə alınıb. 2016-ci ildə 12,1 faiz, 2017-ci ildə 7,3 faiz, 2018-ci ildə 2,3 faiz, 2019-ci ildə 2,6 faiz, 2020-ci ildə 2,8 faiz, 2021-ci ildə 12 faiz bahalaşma olub. Yəni son illər qiymətlər artıb, yeganə ucuzlaşma taksi xidmətində qeydə alınıb. 2016-cı ildən bəri taksi xidməti ucuzlaşıb, səbəbi isə çox sadədir: bu xidmət ölkədə rəqabətli mühit olan nadir sahələrdəndir. Rəqabət yarandı, ölkəyə daha az yanacaq istifadə edən avtomobillər gətirildi, taksi xidməti göstərən şirkətlər fəaliyyətə başladı, qiymətlər düşdü.
Azərbaycan hökumətinin rəqabətə allergiyası var, harada rəqabət yaranırsa, bunu sistemə təhlükə kimi görür, düşünür ki, rəqabətdən pozitiv nəticələr doğsa, camaat başqa sahələrdə də rəqabətli mühit arzulaya bilər, ona görə də balaca işıq gələn yeri dərhal yamamağa, rəqabəti məhv etməyə çalışır. Prezident İlham Əliyev fevralın 7-də Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi fərmanı imzalayıb. Üç ay müddətində taksi xidmətinin təşkili ilə bağlı yeni normativ aktlar qəbul ediləcək. Tərcüməsi budur ki, bu sahədə rəqabətə son qoyulacaq, taksi xidmətində də inhisarçılıq artacaq.
Mən anlayıram, taksi xidmətində tənzimləmə olmalıdır, amma dövlət niyə hər şeyə qarışmalıdır ki? Ümumi qaydalarını, vergisini müəyyən edirsən, təhlükəsizlik qaydalarını elan edirsən, vəssalam, camaat özü çalışır, pul qazanır, vergisini ödəyir, işləyir, ailəsini dolandırır – buna nədən mane olasan ki?” (Novator)