Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sürgün olunmuş qadınların taleyi səhnədə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın daha bir
premyerası olacaq.

Pressklub.az-a teatrdan verilən məlumata görə, “Kod adı
“V.X.A” tamaşasının ilk premyerası dekabr ayında olub. Növbəti premyerası
fevralın 25-i və 26-na planlaşdırılan səhnə əsərinin müəllifi Mehriban
Ələkbərzadədir. Teatrın baş rejissoru, Əməkdar İncəsənət xadimi Mehriban
Ələkbərzadə özünün müəllifi olduğu pyesə quruluş verib.

“Kod adı V.X.A – Xalq düşmənlərinin arvadları» adlı səhnə əsəri Sovet sürgünlərində, məhbəslərində minbir iztirab çəkən, Orta Asiyanın Akmol düşərgəsində həyat və ölüm arasında çarpışan qadınların faciəvi taleyindən bəhs edir.