Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sürətlə əriyir! - Rusiya ehtiyatlarından 2,4 trilyon rubl xərcləyib

Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyada büdcənin qarşıdakı 3 il ərzində kəsir verəcəyi gözlənilir.

Bu haqda Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, büdcə kəsirinin ödənilməsi üçün Milli Rifah Fondundan 2,4 trilyon rubl (təxminən 59500000000 manat) xərclənib.

Açıqlamada qeyd edilib ki, yanvarın 1-nə Milli Rifah Fondunda 10,4 trilyon rubl olub.

Rusiyanın maliyyə naziri Anton Siluanov yanvarın 10-da 2022-ci ildə büdcə kəsirinin 3,3 trilyon rubl (təxminən 81600000000 manat) təşkil etdiyini bildirib.