Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sülhməramlıların Qarabağda daha bir müşahidə məntəqəsi bağlanıb

Rusiya sülhməramlılarının Qarabağda daha bir müşahidə məntəqəsi bağlanıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da bağlanan müşahidə məntəqələrinin sayı 23-ə çatıb.

Qeyd edək ki, sentyabrın 19-dan Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında sülhməramlıların 7 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.