Sülh əvəzinə ərazi güzəşti: Ukraynalılar nə deyir? - SORĞU
25 May 2022
Ukraynada sülhün əldə edilməsi naminə istənilən ərazi güzəştləri ukraynalıların 82%-i üçün qəbuledilməzdir.
Bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusundan məlum olub.
Bildirilir ki, vətəndaşların yalnız 10%-i əmindir ki, müharibəni dayandırmaq və müstəqilliyi qorumaq üçün bəzi əraziləri tərk etmək olar.
Gərgin döyüşlərin getdiyi şərq bölgələrində 68 faiz güzəştin əleyhinə cəmi 19 faiz respondentin qeyd olunan məsələyə tərəfdar olduğu bildirilir. Ukraynanın cənub bölgəsində rəyi soruşulanların 83%-i güzəştlərin əleyhinə, 9% isə lehinədir.
İşğal olunmuş ərazilərdə qalan ukraynalılara gəlincə, onların arasında respondentlərin 77%-i ərazi güzəştlərinin əleyhinə, 18%-i lehinədir. Eyni zamanda, 2022-ci il fevralın 24-dən sonra işğal olunmuş əraziləri tərk edənlər arasında 82% hər-hansı güzəştə qarşıdır (yalnız 5% güzəştləri dəstəkləyir).
Sorğu 13-18 may 2022-ci il tarixlərində mobil telefon nömrələrinin təsadüfi seçilməsi kompüter dəstəkli telefon müsahibələri (CATI) vasitəsilə aparılıb. Ümumilikdə sosioloqlar Ukraynanın bütün regionlarında (Krım istisna olmaqla) yaşayan 2000 respondentlə müsahibə aparıblar.