Stoltenberq: “Ukrayna Rusiya ilə müharibədə qalib gələ bilər”
16 May 2022
Ukrayna Rusiya ilə müharibədə qalib gəlməyə qadirdir.
CNN xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Berlində Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı deyib.
Stoltenberq koronovirusa yoluxduğundan bu görüşdə məsafədən iştirak etdi.
NATO-nun baş katibi bildirib ki, Rusiyanın Kiyevi tuta bilməməsi, Xarkovdan geri çəkilməsi və Donbassdakı böyük hücumunun qrşısının alınması Ukraynanın bu müharibədə qalib olacağına işarədir.
“Ukrayna bu müharibədə qalib gələ bilər. Ukraynalılar öz vətənlərini cəsarətlə müdafiə edirlər”, - deyə NATO-nun Baş katibi bildirib.
Xatırladaq ki, mayın 10-da Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, ölkəsi və Niderland Ukraynaya 12 mobil haubitsa verəcək və onlara bu tip silahlarla işləmək üçün təlim keçəcək.
Həmçinin ABŞ-ın göndərdiyi 90 haubitsadan (artilleriya) 89-u artıq Ukraynadadır, onların bir çoxu artıq müharibədə istifadə edilir.