Şoyqu gedir? - Yeni müdafiə naziri kim ola bilər
26 İyun 2023
Aleksey Dyumin Rusiyanın yeni müdafiə naziri ola bilər.
Bu barədə Rusiya sosial şəbəkələrində məlumat yayılıb.
Məlumata görə, Aleksey Dyumin general-polkovnik rütbəsi daşıyır və 2016-cı ildən Tula vilayətinin qubernatorudur. O, Kreml rəhbərinə yaxın adamlardan biri hesab olunur. Belə ki, Dyumin 1999-2007-ci illərdə Rusiya prezidentinin mühafizəçisi olub.
Bildirilir ki, Dyuminin Rusiya Federasiyasının Müdafiə naziri vəzifəsinə təyinatı gələn həftə elan oluna bilər.
Qeyd edək ki, hazırda Rusiyanın müdafiə naziri Sergey Şoyqudur. Lakin “Vaqner” silahlı dəstəsinin üsyanından sonra onun və baş gərargah rəisi Valeri Qerasimovun istefası gözlənilir. Belə ki, üsyançıların baçısı Yevgeni Priqojinin əsas tələbi də məhz bu iki şəxslə bağlı olub. Onun, həmçinin sözügedən tələbinin yerinə yetiriləcəyilə bağlı zəmanət aldıqdan sonra Moskvaya yürüşünü dayandırdığı deyilir.