Logo
news content
User
Kateqoriyalar

Xəbər

Soros ortaya çıxdı: "Bəşəriyyətin xilası üçün Putin məğlub edilməlidir"

Maliyyəçi milyarder Corc Soros mayın 24-də deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsi III Dünya Müharibəsinin başlanğıcı ola bilıər.

Onun fikrincə, məhz buna görə də azad sivilizasiyasını qoruyub saxlamaq üçün prezident Vladimir Putinin qüvvələri məğlub edilməlidir.

Reuters agentliyini yazdığına görə, 91 yaşlı xeyriyyəçi Davos forumunda verdiyi illik şam yeməyi zamanı xəbərdarlıq edib ki, Ukraynada gedən müharibə açıq cəmiyyətlərlə Çin və Rusiya kimi qapalı cəmiyyətlər arasında gedən çarpışmanın bir hissəsidir:

"Bu müdaxilə III Dünya Müharibəsinin başlanğıcı ola və sivilizasiyamız bu bu müharibədən sağ çıxmaya bilər. Bizim sivilizasiyamızı qoruyub saxlamağın bəlkə də yeganə və ən yaxşı yolu Putini mümkün qədər tez məğlub etməyimizdir”.

Sorosun fikrincə Ukraynadakı müharibəni “xüsusi əməliyyat” adlandıran və Kremlin bütün məqsədlərinə yetişəcəyini deyən Putin indi baş düşür ki, səhv edib və atəşkəs danışıqlarına hazırlaşır.

“Lakin atəşkəs mümkün deyildir, çunki Putinə etibar etmək olmaz. Zəifləmiş Putin daha da hərəkəti bəlli olmayan olur”.

“Bugün Çin və Rusiya ən böyük təhlükədir”


Soros xəbərdarlıq edib ki, Avropa İttifaqı Putinin qazı kəsə biləcəyini başa düşməlidir.

Hazırda Avropa İttifaqı istehlak etdiyi qazın 40 faizini Rusiyadan alır.

Soros əlavə edib ki, o bu müharibənin nəticəsi barədə proqnoz verə bilməz, amma Ukraynanın bu müharibədə qəti şəkildə şansı vardır.

Milyarder xatırladıb ki, Rusiya dünyanın ərazicə ən böyük, Çin isə iqtisadiyyatına görə ikinci ölkəsidir.

O vurğulayıb ki, bu iki ölkədə qapalı cəmiyyətlər tamamilə dövlətə tabe edilib.

Soros bu çıxışında bədbin fikirlər də səsləndirib:

“Repressiv rejimlər indi yüksəlişdə, açıq cəmiyyətlər isə hücum altındadır. Bugün Çin və Rusiya açıq cəmiyyət üçün ən böyük təhlükədir”.

“Si üçüncü müddətə seçilməyə bilər...”


Soros bildirib ki, rəqəmsal texnologiyalar, süni intellekt Çinə adamların şəxsi məlumatlarını toplamaq və öz vətəndaşlarına hər zaman olduğundan daha aqressiv nəzarət etmək imkanı verib.

Çin adətən belə tənqidləri müstəmləkəçi düşüncə kimi rədd edir və bildirir ki, onun hökuməti 800 milyon nəfəri yoxsulluqdan xilas edib.

Soros Çin prezindenti Si Tsinpinin “sıfır-COVID” siyasətini uğursuz siyasət kimi tənqid edib və bildirib ki, baş verənlər Şanxayı “açıq qiyam həddinə” çatdıracaq.

Soros bildirib ki, Si COVID-lə yanaşı bir sıra başqa ciddi səhvlərə də yol verib və bu, onun Kommunist Partiyasındakı nüfuzuna ciddi ziyan vura bilər:

"Ümumi gözləntilərə rəğmən Si Tsinpin buraxdığı səhvlərə görə üçüncü müddətə seçilməyə bilər və hətta seçilsə belə Siyasi Büro ona gələcək büro heyətini öz bildiyi kimi seçmək imkanı verməyə bilər”.