Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Son 3 ayda 340 terrorçu zərərsizləşdirilib” - Hulusi Akar

“Türkiyə ordusu son 3 ayda 340 terrorçunu zərərsizləşdirib”.

Pressklub.az “Milliyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Terrorçuların arxasında kimin dayanmasından, silah, helikopter, sursat və ya pul verməsindən asılı olmayaraq, onları zərərsizləşdirmək əzmindəyik. Terrorçu haradadırsa, hədəfimiz də oradır. İnanırıq ki, millətimizin sevgisi, inamı, duaları bizimlə olduqca, aşa bilməyəcəyimiz heç bir maneə, çətinlik yoxdur. Minlərlə illik tariximizdən süzülmüş milli-mənəvi peşə dəyərlərimizlə birlikdə konstitusiya çərçivəsində, qanunlar çərçivəsində mübarizəmiz fasiləsiz olaraq davam edir", - nazir qeyd edib.