Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Əş-Şaraa ilə görüşüb

ABŞ Prezidenti Donald Tramp Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə ABŞ arasında keçiriləcək sammitdən öncə Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa görüş keçirib.

"Al Arabiya" telekanalı xəbər verir ki, bu iki ölkə liderləri arasında son 25 il ərzində ilk  görüş olub.

ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şaraa ilə görüşündə Suriya hakimiyyətini “Avraam razılaşmaları” çərçivəsində İsraillə münasibətləri normallaşdırmağa və İŞİD terror qruplaşmasının dirçəlişinin qarşısını almağa çağırıb.

Ağ Evin mətbuat katibi Karolin Levittin sözlərinə görə, ABŞ lideri prezident əş-Şaraanı Suriya xalqı üçün böyük işlər görməyə, o cümlədən İsrail ilə Avraam razılaşmasını imzalamağa və İŞİD-in dirçəlişinin qarşısını almaqda ABŞ-yə kömək etməyə çağırıb.