Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Sizə olmaz!" - Putin, Rəisi və Lukaşenkoya dəvət göndərilmədi

Britaniya bir sıra ölkələrin, o cümlədən Rusiya, Belarus və İran liderlərinə kral III Çarlzın tacqoyma mərasiminə dəvət göndərməyib.

Başçıları mərasimə dəvət almayan ölkələr arasında Myanma, Suriya, Əfqanıstan və Venesuela da var.

Dəvətləri Böyük Britaniyanın dostluq əlaqələri saxladığı dövlətlərin başçıları, habelə ölkənin xarici ərazilərinin administrasiyalarının rəhbərləri qəbul ediblər. Eyni zamanda, Şimali Koreya və Nikaraqua kimi ölkələrin diplomatik idarələrinin rəhbərlərinə də dəvətlər göndərilib.

Ümumilikdə, Vestminster Abbatlığında keçiriləcək tacqoyma mərasiminə dövlət başçıları və kral ailələrinin nümayəndələri də daxil olmaqla, 2200 qonaq dəvət olunub. ABŞ-ni tədbirdə birinci xanım Cil Bayden, Çini isə vitse-prezident Han Çjen təmsil edəcək.