Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Siz həqiqəti bilməlisiniz" - Conson rus dilində müraciət etdi - VİDEO

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya xalqına videomüraciət dərc edərək, onları Ukraynadakı müharibə ilə bağlı həqiqətə uyğun məlumat axtarmağa çağırıb və rusların həqiqəti bilə-bilə Putinin hərəkətlərini dəstəkləyə bilməyəcəyinə əmin olduğunu bildirib. Bu barədə “Avropa həqiqətləri” məlumat yayıb.

Conson müraciətə rusca başlayıb: “Ruslar həqiqətə layiqdirlər, onlar faktları bilməyə layiqdirlər”.

O bildirib ki, Rusiya hərbçilərinin Ukraynanın Buça, İrpen və digər şəhərlərində törətdiyi vəhşiliklər dünyanı dəhşətə gətirib.



“Bu xəbərlər o qədər sarsıdıcı və dəhşətlidir ki, hakimiyyətin bunu sizdən gizlətməyə çalışması təəccüblü deyil... O (Putin) bilir ki, bu, Rusiyanın şərəfinə ləkədir. Bu ləkə müharibənin hər davam edən günü daha da böyüyəcək və daha da dərinləşəcək” - Conson deyib.

Onun fikrincə, Putin həqiqəti gizlədir, çünki rusiyalılar həqiqəti görsəydilər, müharibəyə dəstək verməzdilər, həqiqət indi oğulları ilə fəxr edən rus hərbçilərinin analarını dəhşətə gətirərdi.

Conson real vəziyyəti anlamaq istəyən rusları VPN-dən istifadə etməyə, faktlar qeyri-rus mediasından öyrənməyə və həqiqəti tanışları ilə bölüşməyə dəvət edib.

“Günahkarlar məsuliyyətə cəlb olunacaqlar. Tarix isə gözünü yumanları unutmayacaq”, - o qeyd edir.

“Prezidentiniz hərbi cinayətlərdə ittiham olunur. Amma inanmıram ki, o, sizin adınıza hərəkət edir”, - Conson rusca əlavə edir.