Logo
news content
User
Kateqoriyalar

Xəbər

Siyavuş Novruzovdan döyüş anonsu: “İranla döyüşməyə də hazırıq”

“İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burada oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır”.

Bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında deyib.

Deputat qeyd edib ki, İranla sərhəddə İrana qarşı da vuruşa bilərik: “İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, orada döyüşməyə də hazırıq.

Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir, güclü rəhbəri və komandası var. İranın əlaltılarına da xəbərdarlıq edirəm ki, özlərini yığışdırsınlar. Bizim də kifayət qədər gücümüz və qüvvəmiz var”.