Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sirr çözülməyib: ABŞ səmasında vurulan naməlum uçan obyektlər sirr olaraq qalır

Bazar ertəsi Bayden administrasiyasının nümayəndələri prezident Baydenin son bir neçə gündə naməlum uçan obyektləri vurmaq əmrinə aydınlıq gətiriblər. Onlar bildiriblər ki, bunun səbəbi həmin obyektlərin kəşfiyyat imkanlarının olmasıdır, Turan-ın Vaşinqton müxbiri bildirib.

Keçən həftə sonu, ABŞ Cənubi Karolina sahillərində Çinin kəşfiyyatçı hava şarını vurduqdan təxminən bir həftə sonra Şimali Amerikada daha üç şübhəli obyekt vurulub.

Ancaq bazar ertəsi rəsmi şəxslər  bu üç obyektin ABŞ üçün birbaşa təhlükə olub- olmadığını söyləməkdən imtina ediblər.

"Biz onların izləmə ilə məşğul olub-olmadığını dəqiq bilmirik, amma istisna etmirik. Prezident ehtiyatlı davranaraq onların məhv edilməsinə göstəriş verdi", -bazar ertəsi brifinq zamanı Milli Təhlükəsizlik Şurasından Joh Kirbi jurnalistlərə bildirib.

Turan-ın müxbirinin “ABŞ təhlükənin aradan qaldırılması üçün 5-ci maddənin potensial tətbiqi kimi hər hansı birgə addımları müttəfiqlərilə müzakirə edibmi” sualının cavabında  ABŞ-ın NATO-dakı daimi nümayəndəsi səfir Julianna Smit deyib: "Son günlərdə vurulan naməlum uçan obyektlərlə bağlı insidentlərlə  əlaqədar hazırda 5-ci maddəni müzakirə etmirik".