Şir və canavar başlı libaslarla podiuma çıxdılar, tənqid olundular - VİDEO
24 Yanvar 2023
Parisdə “Schiaparelli” brendinin yeni kolleksiyasının təqdimatı baş tutub.
Gecədə İrina Şeyk, Şalom Harlou, Naomi Kempbell və digər modellər tamaşaçıların qarşısına brendin müxtəlif libaslarında çıxıblar.
Modellərlə yanaşı təqdimatda milyarder, iş xanımı Kayli Cenner də iştirak edib. O, gecəyə şirbaşlı libasda qatılıb.
Yeni kolleksiyanın geyimlərindəki şir və canavar başları birmənalı qarşılanmayıb. İzləyicilər bunu heyvanlara qarşı şiddət, zorakılığın təbliği kimi qəbul ediblər. Tədbirdən görüntülərə “bərbaddır”, “kolleksiya daha yaxşı ola bilərdi, kreativ heç nə görmürən”, “şərhsiz”, “bu nəyə lazımdır” və s. şərhlər yazılıb.
Brendin kreativ direktoru Deniel Rozberri bildirib ki, kolleksiyanın yaradılmasında Dante Aligyerinin “İlahi komediya”sından ilhamlanıb.