Logo
news content
User
Kateqoriyalar

Xəbər

Siqaretin daha bir qorxunc fəsadı üzə çıxdı

Pensilvaniya Universitetinin alimləri siqaret çəkməyin beynin kiçilməsinə səbəb ola biləcəyini, potensial olaraq demensiya (ağılsızlıq) riskinin artması ilə əlaqəli olduğunu sübut ediblər.

Tədqiqatlar göstərib ki, siqaret çəkənlərin beyin həcmi siqaret çəkməyənlərə nisbətən daha kiçik olur.

Genişmiqyaslı tədqiqatda 28 mindən çox insan iştirak edib. Alimlər Böyük Britaniya sakinlərinin genetik və tibbi məlumatları bazasından olan MRT görüntülərini təhlil ediblər.

Məlum olub ki, çəkilən hər əlavə siqaret boz maddənin həcminin təxminən 0,15 kubmetr azalmasına gətirib çıxarır.

Həmçinin, beyin ölçüsünün azalması Alzheymer xəstəliyi də daxil olmaqla, bir sıra nevroloji xəstəliklərlə əlaqələndirilib.