Şiddətli əks-hücum, ruslar darmadağın edildi - YENİ HESABAT
14 May 2022
Ukraynanın əks-hücumları sayəsində Rusiya ordusu Xarkov ətrafındakı mövqelərindən geri çəkilməyə məcbur qalıb.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yeni hesabatında bildirilib.
“Göründüyü kimi, Moskva nizamlı şəkildə geri çəkilməyə diqqət edir. Bu, o deməkdir ki, Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib. Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının Xarkovu mühasirəyə almasına mane olublar. Həmçinin Rusiya Silahlı Qüvvələri İzyum istiqamətnidən hücum etmək istəsələr də, bu, uğursuz olub”, - hesabatda qeyd olunub.
Bildirilib ki, Popasnadan şimala doğru irəliləyən rus qoşunları son sutka ərzində ciddi irəliləyiş əldə etməyiblər.
Hesabata əsasən, şimaldan cənuba yürüş edən rus qoşunları Severski Donets çayını keçə bilməyib və bu zaman ciddi itki verib.