Şeyxülislamdan sərt bəyanat: “İran qardaşımız deyil, 40 milyon azərbaycanlı orada əsirdir”
30 Yanvar 2023
“İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir”.
Bu fikirləri Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı həlak olan Orxan Əsgərovun ailəsini ziyarət edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
“Biz də hamı kimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayırıq. Bu gün ölkəmizdə yaşayan bütün dinlərin nümayəndəsi birlikdə gəlib başsağlığı veriblər. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var”.
A.Paşazadə vurğulayıb ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır:
“Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Çox heyifsilənirəm ki, Azərbaycana qonşu olan dövlət ölkəmizə qarşı ədavətli addımlar atır. Bunun nəticəsidir ki, akopyanları müqəddəs yerlərə gətirib gəzdirirlər. Mən bunu İran xalqına şamil etməzdim, bu gün orada yaşayan qardaşlarımız başa düşürlər. Onlar bu gün İran, fars rejiminin əlində əsirdirlər. İnanıram ki gələcəkdə həqiqət öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, biz onları qardaş hesab edirdik. Artıq bilirik ki, İran bizim qardaşımız deyil, onlar Ermənistanın qardaşlarıdır. Buna görə də prezidentimiz dediyi kimi, biz də bunu terror aktı kimi bilirik. Bu məsələ araşdırılmalıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”.