Şeyx Allahşükür Paşazadə yenidən İranı ittiham edib
07 Fevral 2023
Fevralın 7-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə fevralın 7-də BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən "Beynəlxalq İnsan Qardaşlığı Günü"nə (BİQG) həsr olunmuş virtual görüşdə iştirak edib.
Tədbirdə çıxış edən QMİ sədri Paşazadə BMT-nin "Dünyada sülh və birgə yaşamaq naminə Qardaşlıq Sənədi"nin prinsip və dəyərlərinin davamlı təşviqinə, dünyada dinlərarası dialoq və əməkdaşlıq işinə dəyərli töhfələr verdiyini bildirib.
Paşazadə din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gələn təhlükələr barədə də danışıb. Milyonlarla insan üçün xüsusi həssasiyyət kəsb edən dini hisslərin, rəmz və müqəddəsliklərin təhqiri hallarının qarşısının alınması zəruriliyinə diqqət çəkib.
O, bu yaxınlarda İsveç və Niderlandda radikal şəxslər tərəfindən Quranın yandırılmasını, Qüdsdə və Peşəvərdə törədilən terror hücumlarını olduqca təhlükəli təzahürlər adlandırıb.
2023-cü il yanvarın 27-də Tehranda Azərbaycan səfirliyində terror aktı tördilməsini yada salan A.Paşazadə bu hadisəni Azərbaycan dövlətinə və xalqına qarşı birbaşa təhdid kimi qiymətləndirlb. Bütün cəmiyyətləri, siyasi, ictimai və dini liderləri buna sərt münasibət sərgiləməyə dəvət edib.
QMİ sədri 30 il boyu erməni işğalı zamanında Azərbaycan ərazilərinin yandırmasının, məscid, kilsə, sinaqoqların məhv edilməsinin insan qardaşlığı prinsiplərinə zidd olduğunu bildirib.
Artıq iki aydır ki, davam edən Laçın yolundakı aksiyaya toxunan QMİ sədri qeyd edib ki, yol humanitar yüklər üçün açıqdır və Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına etiraz xarakteri daşıyır.
Çıxışının sonunda QMİ sədri BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş virtual görüşün dünya miqyasında insan qardaşlığının bərqərar olmasına mühüm töhfə verəcəyinə əminlik ifadə edib.
Xatırladaq ki, 2020-ci il dekabrın 21-də BMT Baş Assambleyası Birləşmiş Ərəb Əmirlikləri və Misirin birgə təşəbbüsü ilə 4 fevral tarixini "Beynəlxalq İnsan Qardaşlığı Günü" elan edib.