Logo
news content
User
Kateqoriyalar

Xəbər

Seyran Ohanyana qarşı cinayət işi başlanılır - Hərbi hissə ərazisini qanunsuz satıb

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan hərbi hissənin ərazisini qanunsuz satmaqda ittiham olunur.

“Novosti Armenia” xəbər verir ki, bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib.

Məlumata görə, parlamentdə baş prokurorun iştirakı ilə Seyran Ohanyana qarşı cinayət işinin başlanılması məsələsi dövlət sirri xarakterli sayıldığı üçün qapalı şəraitdə müzakirə olunur.

A.Vardapetyan deyib ki, Seyran Ohanyan 2005 və 2009-cu illərdə Ararat vilayətində hərbi hissənin ərazisinin qanunsuz satılması ilə bağlı iki dəfə əmr verib. Torpağın bir hissəsi 3-cü ordu korpusunun keçmiş komandanı Qriqori Xaçaturova satılaraq Edqar Arşakyanın adına qeydiyyata alınıb. İkinci hissə isə 2009-cu ildə Norayru Karapetyana satılıb.

Xatırladaq ki, Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Hazırda müxalifət sayılan “Ermənistan” adlı parlament fraksiyasının başçısıdır.