Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sevinməyin, telefonunuzla bağlı heç bir dəyişiklik yoxdur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Nazirlər Kabinetinin “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il tarixli qərarını ləğv etməsini şərh edib.

Bu barədə sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qurum bəyan edib ki, “Dövlət rüsumu haqqında” qanuna 12 iyun 2018-ci il tarixli dəyişikliklə fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması dövlət rüsumu tutulan hal kimi müəyyən edilməklə, dövlət rüsumunun məbləğlərinin təsdiq edilməsi müvafiq icra hakimiyyəti orqanına (Nazirlər Kabineti) həvalə edilmişdi. Buna uyğun olaraq, mobil cihazların qeydiyyata alınması üçün dövlət rüsumu məbləğləri Nazirlər Kabinetinin 2018-ci ildəki 336 nömrəli qərarı ilə tənzimlənirdi.

“Dövlət rüsumu haqqında” qanuna 3 dekabr 2021-ci il tarixli dəyişikliklə isə mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərinin müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən təsdiq edilməsinə dair müddəa ləğv edilərək mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri sözügedən Qanunun özündə əksini tapıb. Tənzimləmə zərurəti aradan qaldığı üçün Nazirlər Kabinetinin 2018-ci ildəki qərarı normayaratma tələblərinə və “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə uyğun olaraq ləğv edilib. Nəticə etibarilə, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri birbaşa “Dövlət rüsumu haqqında” qanunun 33-5-ci maddəsi ilə tənzimlənir və qeydiyyat prosesi əvvəlki kimi davam edir.