Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 500 min barel azaldacaq
02 Aprel 2023
Səudiyyə Ərəbistanı may ayından 2023-cü ilin sonunadək gündəlik neft hasilatını 500 min barel azaldacaq.
Pressklub.az xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.
Qeyd edilib ki, bu barədə qərar digər OPEC+ ölkələri ilə koordinasiyalı şəkildə və neft bazarında stabilliyi dəstəkləmək öhdəliyi çərçivəsində qəbul edilib. Bildirilib ki, neft hasilatının azaldılması könüllüdür.
Qeyd edək ki, Qazaxıstan da bu gün may ayından 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 78 min barel azaldacağını açıqlayıb.