"Səsini çıxaranı dubinkalayıb aparırlar", Saatlıda içməli su axtaranlar
21 Aprel 2023
Orta Muğan Saatlının bir neçə içməli su problemi olan kəndindən biridir. Burada Mirvari Agayeva kimi çoxları suyu qazılmış quyulardan əldə edir və bu sular, əsasən, şor sulardır.
Yerli icra hakimiyyəti kəndləri su ilə təmin etmək üçün su maşını ayırıb, amma sakinlər deyir ki, bu onlara kifayət deyil. Əhalinin suya ehtiyacı çox olduğundan onu öz maşını ilə su satanlarldan alırlar.
Bir ay əvvəl Saatlının bir neçə kəndinin əhalisi etiraz aksiyası keçirərkən polis həmin aksiyanı yatırtmaq üçün rezin güllələrdən istifadə etmişdi. Budəfəki səfərimizdə rayonun bəzi sakinləri bizimlə söhbətləşsə də, kamera qarşısında görünməkdən çəkindi. Onlar bizə dedilər ki, rayonda ictimai şəkildə etiraz edənlərin sonradan yerli hakimiyyət orqanları tərəfindən dubinka ilə döyülərək cəzalandırlır. Kəndlilər deyir ki, cəzalar bununla bitmir. Etiraz edən qazilər onlara edilən köməyin, etirazçılar isə təqaüd alanları verilən təqaüdlərin kəsilməsi ilə hədələndiklərini bildirirlər.
Daxili İşlər Nazirliyi kəndlilərin dubinka ilə cəzalandırılması iddialarını rədd edir.
https://www.youtube.com/watch?v=-Lb2vQUvavg