Sərhədə cəmləşdirilmiş birləşmələr döyüş tapşırıqlarını aldı
18 Fevral 2022
Ukrayna sərhədləri boyu cəmləşdirilmiş Rusiya qoşun birləşmələri və bölmələri artıq öz döyüş tapşırıqlarını alıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinə yaxın mənbələr bildiriblər. Mənbə bildirilib ki, Ukrayna hərbi kəşfiyyatı Rusiya ordusunun sərhədə cəmləşdirilmiş qüvvələrinə polk və batalyonlar, hətta bölüklər səviyyəsində döyüş planları təqdim edilib. Bu isə hücumun yaxın sutkalarda başlayacağına dəlalət edən yeni həyacanlı məlumatdır.
ABŞ prezidenti Cozef Bayden də Rusiyanın Ukraynaya hücumunun yeni mümkün tarixi barədə danışıb. CNN telekanalına açıqlamasında Bayden bildirib ki, Rusiya yaxın bir neçə gün ərzində Ukraynaya hücuma keçə bilər.
“Risk çox yüksək səviyyədədir, çünki onlar öz qoşunlarını sərhədlərdən geri çəkməyiblər. Birincisi, onlar daha çox qoşun yeridiblər. İkincisi, bizdə belə deməyə əsas var ki, onlar hücuma bəhanə əldə etmək üçün başqa bayraq altında əməliyyatlarda iştirak edirlər. Bizdə bütün əlamətlər var ki, onlar Ukraynaya hücuma keçməyə hazırdırlar”, - ABŞ prezidenti bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Donbassdakı təmas xəttində vəziyyət gərginləşib, separatçılar Kiyevi atəşkəsi pozmaqda, artilleriyadan istifadə etməklə zərbələr endirməkdə günahlandırıb. Kreml də bu cür bəyanat verib. Ehtimal ki, Donbassda vəziyyətin bu cür gərginləşməsi Ukraynaya hücum üçün bəhanə kimi istifadə ediləcək.