Separatçıların liderləri Laçın nəzarət-keçid məntəqəsinin mövcudluğunu qəbul etmək istəmirlər
01 May 2023
Azərbaycan Qarabağı blokadaya almağa davam edir, adamların və yüklərin maneəsiz hərəkəti üçün əngəl və təhdidlər yaradır. Belə bəyanatla bu gün Qarabağın "dövlət naziri" Qurgen Nersisyan çıxış edib.
O, Qarabağ ermənilərinin Laçın sərhəd məntəqəsindən keçidinə dair videoya toxunaraq bildirib ki, onlar Şuşa rayonunda dörd erməni kəndinin sakinləri olub. Ermənistandan qayıdırmışlar və sərhəd məntəqəsinin olduğunu "bilməyiblər" və “qəflətən” azərbaycanlı zabitlər onları dayandırıblar.
Sərhəd məntəqəsinin fəaliyyəti qanunsuzdur. "Qarabağ və Ermənistan arasında hərəkət yalnız Rusiya sülhməramlı qoşunları və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təşkil edilir və müşayiət olunur".
Beləliklə, separatçıların liderləri sərhəd məntəqəsinin fəaliyyətini tanımaq istəmirlər və sülhməramlılardan onun aradan qaldırılmasını tələb edirlər. Qarabağ liderləri sülhməramlıların komandanı Lensovdan məhz bunu tələb ediblər.
Bəzi məlumatlara görə, Lensov Bakıya gəlir. O, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyilə görüşəcək. Ermənistan KİV-in məlumatına görə, o, Bakını Rusiya sülhməramlılarının Laçın sərhəd məntəqəsinə buraxılmasına, sərhədi keçən adamların və yüklərin birgə yoxlanılmasına razı salacağını vəd edib.