Logo
news content
User
Kateqoriyalar

Xəbər

Separatçıların lideri Araik Arutyunyan istefa verdi

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutyunyan istefa verib.

O bu barədə sosial şəbəkə səhifəsində yazıb.

A.Arutyunyan 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.

O həmçinin bildirib ki, Qurgen Nersisyanı "dövlət naziri"  postundan azad edib və onun yerinə Samvel Şahramanyanı təyin edib.



Beləliklə, Qarabağın "prezidenti" postu vakant qalıb

Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında rəsmi Bakının Azərbaycan ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcəyini deyib:

"Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatist statusunda yaşamaqda davam edərək və bu qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər bu, baş verməyəcəkdir.

Azərbaycan heç bir halda buna dözməyəcək. Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər".

O, "X" ("Twitter") hesabındakı paylaşımında da Qarabağdakı qanunsuz rejimin buraxılmalı və tərksilah edilməli olduğunu vurğulayıb: "Azərbaycan öz torpağındakı nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz".