Separatçılardan etiraf: Xankəndi-Turşsu yolundan istifadə mümkün deyil
28 Mart 2023
Azərbaycan qüvvələrinin ötən şənbə günü – martın 25-də irəliləməsi nəticəsində Xankəndi ilə Turşsu arasındakı torpaq yol tamamilə bağlanıb.
AzadlıqRadiosunun erməni xidməti - Azatutyun Qarabağ separatçılarına istinadən yazır ki, onlar bu yoldan Xankəndi və Şuşa rayonunun dörd “kənd icması” arasında əlaqə üçün istifadə edirdilər.
Separatçı liderlərdən Artur Arutyunyan Azatutyuna deyib ki, bu yolla artıq heç bir hərəkət mümkün deyil, çünki Azərbaycan hərbçiləri tutduqları yüksəklikdən yola tamamilə nəzarət edirlər:
“İndi bu yol onların tutduqları yüksəklikdən tamamilə görünür və buna görə də yolla təhlükəsizlik baxımından hərəkət mümkün deyil. Onlar oradan bombalaya, güllə ata bilərlər və məqsədləri də Stepanakerti (Xankəndi-red) Xin Şen (Kiçik Qaladərəsi-red), Mets Şen (Böyük Qaladərəsi-red) və Lisaqorla (Turşsu-red) birləşdirən torpaq yolla hərəkəti dayandırmaq idi”.
Ötən şənbə günü Xankəndidən verilən xəbərlərdə deyilirdi ki, Azərbaycan silahlı qüvvələri Şuşa-Turşsu sahəsində 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə müəyyən edilmiş təmas xəttini "pozub".
Azatutyun yazır ki, Azərbaycan qüvvələrinin təmas xəttini və üçtərəfli bəyanatı "pozaraq" Sarıbaba dağından 2.9 kilometr şimal-şərqdəki yüksəkliyi ələ keçirdiyini Qarabağdakı Rusiya sülhməramlı kontingenti də təsdiq edib.
Separatçıların məlumatına görə hazırda sülhməramlılar Azərbaycan tərəfi ilə onların qüvvələrinin əvvəlki mövqelərə çəkilməsi üçün danışıqlar aparırlar.
Bundan əvvəl, martın 25-də Azərbaycanın Müdafiə Nazirliyi bildirmişdi ki, Qarabağda səngər qazıntısının qarşısı alınıb.
Məlumatda hadisənin Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində müşahidə olunduğu bildirilirdi.
Nazirlik vurğulayırdı ki, kənd təsərrüfatı işləri adı altında səngər qazıntısına cəhd göstərilib, lakin görülən tədbirlər nəticəsində bu iş dayandırılıb.
Nazirlik bildirir ki, "qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir..."
Məlumatda bildirilirdi ki, silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Danışıqlar gedir

Bakı bildirmişdi ki...