Separatçılara amnistiya tətbiq edilə bilər - XİN
18 Sentyabr 2023
Sentyabrın 18-də Azərbaycan Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş xarici diplomatlar üçün brifinq keçirilib. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin muavini Fariz Rzayev diplomatların qarşısında çıxış edərək aşağıdakıları bildiriblər:
10 mindən çox erməni hərbçi qanunsuz olaraq Azərbaycan ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla, iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib.
Ermənistan öz öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyilə təmin edir. Onlar Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir.
Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radio-elektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur. Bu müdaxilələr adamların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir.
Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir. 2020-ci ilin noyabrında atəşkəs əldə edildikdən sonra 2728 mina aşkar edilərək zərərsizləşdirilib. Onlar 2021-ci ildə Ermənistanda istehsal olunublar. 1119 mina Kəlbəcər və Laçın rayonları sərhəd zonasında, 1609-u Qarabağ iqtisadi rayonunda aşkarlanıb.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasının səbəblərindən biri sözügedən qanunsuz hərbi fəaliyyətin və qaçaqmalçılığın qarşısının alınması olub.
Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımasına baxmayaraq, onun müxtəlif beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəlikləri Qarabağdakı separatçı rejimin adından sənədlər yaymağa davam edir.
Azərbaycan Ermənistandan revanşist planlardan əl çəkməyi, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağa son qoymağı, Qarabağda separatizmi və terrorizmi dəstəkləməkdən əl çəkməyi tələb edir.
Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılmasını, qondarma “hökumət” strukturlarının ləğvini, həmçinin Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş Ermənistan Silahlı Qüvvələrinin tərksilah edilməsini tələb edir. Bu halda qondarma rejimin “nümayəndələri”nə amnistiya tətbiq edilə bilər.