Separatçılar sentyabrın 8-də yeni "prezident" seçmək niyyətindədirlər
05 Sentyabr 2023
Qarabağ "parlamentinin" fraksiyaları vahid namizəd barədə razılıq əldə edə bilməsələr, sentyabrın 7-də boş qalan "prezident" vəzifəsinə namizədlərini irəli sürməlidirlər. Ermənistan KİV-lərinin yaydığı məlumata görə, seçkilər sentyabrın 8-də keçiriləcək.
Namizəd qələbə qazanmaq üçün "deputatların" səsinin 2/3-sini yığmalıdır.
Separatçıların yeni lideri vəzifəsinə namizədlər arasında bir neçə nəfərin adı var. Bunlar hazırkı "baş nazir" Samvel Şahramanyan ("eks-prezident" Bako Saakyanın yaxın adamı), David İşxanyan - "parlamentin spikeri"; Samvel Babayan - Qarabağ qüvvələrinin keçmiş komandanı və Moskvalı biznesmen Ruben Vardanyan var.