Logo
news content
User
Kateqoriyalar

Xəbər

Separatçılar rəsmi Bakıya Rusiya hərbçilərinin məsuliyyət zonasında görüş təklif ediblər

Qarabağ separatçıları Rusiya sülhməramlı missiyasının vasitəsilə Bakıya "təxirəsalınmaz humanitar məsələlərin" müzakirəsi üçün dislokasiya yerində və Rusiya sülhməramlı kontingenti komandanlığının vasitəçiliyilə görüş keçirilməsi barədə təklif göndəriblər. Bu barədə Ermənistan KİV yazır.

Bundan öncə Azərbaycan Prezident Administrasiyası separatçılara Bakıda görüş keçirməyi təklif edib, lakin onlar müzakirələrdən imtina ediblər.

Rəsmi Bakı Qarabağ ermənilərinin reinteqrasiyası məsələlərinin müzakirəsini zəruri hesab edir, separatçılar isə "humanitar məsələlərin" müzakirəsinə tərəfdardır.