Separatçılar ATƏT-in əməkdaşlarını girov götürdü
24 Aprel 2022
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqində saxlanılan Xüsusi Monitorinq Missiyasının (SMM) bir sıra üzvlərinin azad edilməsi üçün çalışdığını bəyan edib.
Bildirilib ki, ATƏT milli SMM missiyasının bir sıra üzvlərinin Donetsk və Luqanskda həbsdə olmasından son dərəcə narahatdır:
"ATƏT öz əməkdaşlarının azadlığa buraxılması üçün bütün mövcud kanallardan istifadə edir. SMM Ukraynada qalan heyətə yardım göstərməkdə davam edir".