Separatçı Qazaryan Moskvaya niyə gedib? - Rusiya "aydınlıq" gətirdi
23 Fevral 2023
Fevralın 21-də Ermənistan mətbuatında Qarabağ separatçılarının rəhbərlərindən biri, “Qarabağın xarici işlər naziri” Sergey Qazaryanın fevralın 12-dən 16-dək Moskvada olduğu və orada ictimai, siyasi, ekspert dairələri və erməni icmasının nümayəndələri ilə görüşlər keçirdiyi barədə məlumat yayıb.
Pressklub.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova fevralın 22-də keçirilən brifinqdə bildirib ki, “Sergey Qazaryan şəxsi məqsədlər üçün Rusiya Federasiyasının ərazisində olub".
"Onun görüşləri ilə bağlı heç bir məlumatım yoxdur. Onları şəxsi xarakterdən başqa hansısa digər kontekstdə nəzərdən keçirmək üçün heç bir səbəb yoxdur. Heç bir rəsmi statusdan söhbət gedə bilməz və ola da bilməz", - Zaxarova deyib.