SEPAH Küveytdə ABŞ hərbçilərinin olduğu yerə hücum etdiyini bildirib
04 Mart 2026
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə Amerika qoşunlarının yerləşdirildiyi iddia olunan əraziyə pilotsuz təyyarə hücumunu açıqlayıb.
“Al Jazeera”nin məlumatına görə, bu barədə SEPAH qərargahının açıqlamasında bildirilir.
"Küveytdəki Amerika qoşunlarının cəmləşdiyi əraziyə bir neçə zərbə endirdik", - bəyanatda qeyd olunur. Hücumun onlarla döyüş dronu tərəfindən həyata keçirildiyi bildirilir.
ABŞ qoşunlarının heyəri arasında mümkün itkilər barədə məlumat verilmir.