Senatda dinləmələr: Bob Menendes Azərbaycana təzyiqi artırmağa çağırıb
15 Sentyabr 2023
Cümə axşamı Senatın Xarici əlaqələr komitəsində yüklərin Dağlıq Qarabağa çatdırılması üçün humanitar dəhlizlərin açılması barədə israrlı çağırışlar səslənib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Yuri Kim senat komitəsi qarşısında regionda böhranın cari vəziyyəti haqqında çıxış edib. O deyib ki, Vaşinqton 20 ton humanitar yük daşıyan bir partiyanın sentyabrın 12-də Ağdamdan keçərək regiona daxil olduğu haqqında xəbəri "alqışlayıb", lakin "bu, kifayət deyil".
"Beynəlxalq Qızıl Xaç Komitəsinin əlavə humanitar yükləri bir neçə həftə Laçın və Ağdam nəzarət-buraxılış məntəqələrinin yaxınlığında qalıb. Baş müşavir Bono ... bu yüklərin eyni zamanda Dağlıq Qarabağa buraxılmasına nail olmaq üçün yenə regionda səfərdədir", deyə Kim bildirib.
"Prezident İlham Əliyev və Dağlıq Qarabağ nümayəndələri bu sazişlə razılaşdıqlarını açıq şəkildə bildiriblər. Artıq bu sazişin həyata keçirilməsində heç bir gecikmə olmamalıdır", deyə o, sözünə davam edib.
Dövlət Departamentinin nümayəndəsi Metyu Miller cümə axşamı keçirilən brifinqdə deyib ki, Dövlət Departamentinin xüsusi nümayəndəsi Luis Bono regionda səfərdədir və Laçın dəhlizinin açılması, həmçinin uzunmüddətli gələcəkdə məsələnin dinc həllinə nail olunması üzərində işləyir.
"Dövlət katibi Blinken Ermənistan və Azərbaycan liderləri ilə danışıb və bildirib ki, biz Dağlıq Qarabağda humanitar vəziyyətin həlli üçün Laçın dəhlizinin dərhal açılmasını istəyirik", deyə Miller Dövlət Departamentində keçirilən brifinqdə bildirib.
Öz növbəsində, senat komitəsində dinləmələr zamanı Azərbaycan rəhbəriyinin ünvanına dəfələrlə ittihamlar səslənib. Komitə sədri, əsas erməni lobbiçilərindən biri hesab olunan Bob Menendes xüsusi fəallıq göstərib. O, Bayden administrasiyasının böhrana reaksiyası "olmadığına" görə Dövlət Departamentini tənqidə məruz qoyub.
Menendes və Ben Kardin, Kris Van Hollen və s. digər senatorlar Azadlığı müdafə Aktına Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişin müvəqqəti ləğvini tənqid ediblər.
Daha sonra Menendes belə deyib: "Biz Ermənistan və Azərbaycanla strateji münasibətləri inkişaf etdirməliyik. 907-ci düzəlişdən imtina məsələsini nəzərdən keçirərkən iki məqamdan əmin olmaq istəyirik: birincisi, bizim göstərdiyimiz heç bir yardımdan heç vaxt Ermənistana hücum üçün istifadə oluna bilməz. İkincisi, bu, ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur".
Buna cavab olaraq Yuri Kim deyib ki, ABŞ administrasiyası 907-ci düzəlişin ləğvini istədiyi zaman göstərilən yardım ölkənin sərhədlərinin, xüsusən İranla sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edib və bu, İİKK-nin maliyyələşdirilməsi üçün istifadə olunan narkotik ticarətinə son qoyulması nöqteyi-nəzərdən konkret nəticələr verib.
Bayden Administrasiyası Cənubi Qafqazda sülhün "regionu dəyişdirmək və ABŞ-ın maraqlarını təşviq etmək" potensialına malik olduğuna inanmaqda davam edir.
"İndi bizim iqtisadiyyat və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığımızı genişləndirəcək və avropalı tərəfdaşlarımız və müttəfiqlərimiz üçün böyük enerji təhlükəsizliyini təmin edəcək sabit sülhə nail olmaqla, Rusiya, Çin və İran kimi oyunçuların regiona zərərli təsirinə qarşı mübarizə aparmaq üçün strateji imkanımız var", deyə o bildirib.
Ötən ilin noyabrından etibarən dövlət katibi Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə sülh danışıqlarının üç mərhələsini keçirib və onun rəhbərliyi nəticə verib. "Tərəflər regionda sabitliyi təmin edə biləcək sülh sazişinin bağlanmasında irəliləyiş əldə ediblər", deyə o bildirib.
Bir saat yarım davam edən dinləmələr zamanı senatorlar Kimə Amerika-Azərbaycan münasibətləri, o cümlədən insan hüquqları haqqında da suallar veriblər.
"Prezident Bayden və dövlət katibi Blinken çox açıq şəkildə bildiriblər ki, insan hüquqları və bizim dəyərlərimiz xarici siyasətimizin mərkəzində dayanır və biz bunu Azərbaycandakı tərəfdaşlarımızın diqqətinə çatdırmaq üçün hər bir fürsətdən istifadə edirik", deyə o bildirib.