Səmada naməlum obyekt aşkar olunub
28 Yanvar 2022
Avstraliyalı elm adamları Süd Yolu qalaktikasında əvvəllər görünməmiş naməlum fırlanan obyekt aşkar etdiklərini bildiriblər.
İlk dəfə Curtin Universitetinin fəxri tələbəsi Tayron O'Doherti tərəfindən kəşf olunan naməlum obyektin hər 18 dəqiqədən bir böyük radio enerjisi buraxdığı müşahidə edilib.
Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin Curtin Universiteti qovşağındakı tədqiqat qrupunun rəhbəri astrofizik Nataşa Harli-Volker kosmosda belə halların çox baş verdiyini, lakin bu cür aktiv olan bir obyektin çox az müşahidə edildiyini bildirib.
Astrofizikin sözlərinə görə, tədqiqat qrupu obyektin Yerdən təxminən 4 min işıq ili uzaqda olduğunu, inanılmaz dərəcədə parlaq və son dərəcə güclü maqnit sahəsinə malik olduğunu müəyyən edə bilib.
Qeyd edək ki, obyektin nə ola biləcəyi ilə bağlı nəzəriyyələrə neytron ulduzu və ya çökmüş ulduz qalıqları olması ehtimal edilir. (BBC)