Şəkillər ölmür...
20 Yanvar 2023
Bu şəkil 33 ildir ki, əvvəl qəzet-jurnalların, sonra onlayn nəşrlərin səhifələrini dolaşır. Hamı onun hansı şəraitdə çəkildiyini, hansı hadisəni əks etdirdiyini bilir. 22 yanvar 1990-cı il. Azadlıq meydanı. Şəhidlərin dəfn mərasiminə toplaşmış izdiham.
Amma şəklin müəllifi haqqında məlumatı olan azdır. Andrey Solovyov, İTAR-TASS agentliyinin fotomüxbiri.
Yenidənqurma dövründə sovet respublikalarında milli-azadlıq hərəkatı və onunla yanaşı etnik münaqişələr baş qaldıranda Andrey institutda arxitektura fakültəsinin tələbəsi idi. Amma fakültəni atıb, İTAR-TASS-ın fotoxronikasına gəldi. Eyni zamanda, Associated Press (ABŞ) agentliyi ilə əməkdaşlığa başladı. Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Moldovada, Tacikistanda, Özbəkistanda, Rumıniyada və İraqda qaynar nöqtələrə ezam edildi.
1989-cu ildə o, nüfuzlu World Press Photo beynəlxalq mükafatına layiq görüldü. Nominasıyaya təqdim olunmuş fotoseriyada Andreyin Bakıda çəkdiyi aşağıdakı şəkil də var idi.
Sovet ordusu 1990-cı il yanvarın 20-də Bakıda qırğın törədəndə də o, Azərbaycanda idi. Küçələrdə, ölüxanada, dəfn mərasimində çəkdiyi şəkillərin plyonkalarını gedəndə Azərinforma (indiki AzərTAC) verdi, burada üzünü çıxara bilmədiyi bir rəngli plyonkanı isə özü ilə TASS-a apardı.
1993-cü ildə Andrey Solovyov Abxaziyaya sonuncu ezamiyyətinə yollandı. Suxumidə Hökumət evi qarşısında döyüşləri çəkərkən o, snayper gülləsinə tuş gəldi.
"Şahidlər danışır ki, Andrey Nazirlər Sovetinin binasından azca aralıda, balaca bazarın yaxınlığında gizlənib, işləyirdi. Bu an bir qadın çıxıb, qışqıraraq kömək istədi. Andrey belə hallarda biganə qalan deyildi. O, hər tərəfdə gürcü snayperlərin olduğunu bilsə də, yerindən sıçrayıb, qadının köməyinə qaçdı. Elə həmin an da snayper onu düz boynundan vurdu...", – jurnalist Anna Broydo xatırlayır.
Press Klub