Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səfir qəzəbləndi: “Amerika məhşər gününü yaxınlaşdırır”  

“Birləşmiş Ştatlar başda olmaqla Qərb ölkələri bəşəriyyəti nüvə qiyamətinə çatdırmaq qərarına gəliblər”.


Pressklub.az-ın Rusiya KİV-nə istinadla məlumatına görə, bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. O, ABŞ administrasiyası rəsmilərinin zəiflədilmiş uran sursatlarının bir neçə onilliklər ərzində istifadə olunan ümumi silah növü olması barədə bəyanatlarını şərh edərkən belə deyib.


“Görünür, Vaşinqtonun rəhbərlik etdiyi maarifçi Qərb dönməz şəkildə bəşəriyyəti nüvə Armageddonuna çatdırmaq qərarına gəlib”, - səfir əlavə edib.


Rusiya diplomatik missiyasının rəhbəri diqqəti “belə sursatdan istifadənin mənfi nəticələrinin Qərb jurnalistləri tərəfindən dəfələrlə təsdiqlədiyinə” çəkib. “Bizi dinləmək istəmirsinizsə, avropalı həmkarlarınızın hesabatlarına baxın”, - o vurğulayıb.


Qeyd edək ki, Antonov vaxtilə Rusiya Müdafiə nazirinin müavini postunu tutub, ordu generalı rütbəsi daşıyır.