Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şaxtalar Ukrayna müharibəsinə necə təsir edir?

Ukraynanın şərqində son günlər şaxtalı hava müşahidə edilir. Şaxtalı hava həm Rusiya, həm də Ukrayna ordusu üçün böyük çətinliklər yaradır.

Bu barədə hərbi ekspertlərə istinadən “Bloomberg” agentliyi yazıb.

Hazırkı hava şəraiti Ukraynada nəinki döyüşlərdə iştirak edən canlı qüvvələrə, eləcə də texnikanın işinə problem yaradır.

Agentlik yazır ki, şaxtalı hava əsas olaraq pilotsuz uçuş aparatlarından (PUA) istifadəni çətinləşdirir. Belə ki, PUA-lar və radiostansiyalar üçün batareyalar donduğundan onları iki dəfə artıq yükləmək tələb olunur. Bununla yanaşı, qeyri-sabit hava şəraiti PUA-ların görmə xüsusiyyətlərini məhdudlaşdırır və artilleriyanın irəliləməsi üçün maneələr yaradır.

Bununla belə, yerin donması ağır texnikadan istifadə imkanlarını genişləndirir. Lakin qeyd olunur ki, bu, yeni hücuma keçməzdən əvvəl komandirlərin nəzərə almalı olduğu çoxsaylı amillərdən biridir.

“İnsan amili nəqliyyat vasitələrindən daha vacibdir”, - deyə ekspertlərdən biri Ed Arnold qeyd edib. Onun sözlərinə görə, şaxtalı havada döyüşçülərin mənəvi gücü, mobillik və logistika da zərər görə bilər.