Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sanksiya var, avtomobil yoxdur: Rusiyada satış yarıbayarı azalıb

2022-ci ilin martında Rusiyanın minik avtomobili bazarında satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz azalıb.

Bu barədə "Avtostat" analitika agentliyininhesabatında deyilir.

Ötən ay Rusiyada satılan minik avtomobillərinin sayı 79 minəyaxın olub. Qeyd olunur ki, bu ilin yanvar və fevral aylarındaavtomobil bazarında satış 12 faizə bərabər idi.

Ümumilikdə, birinci rüb ərzində Rusiyada 264 min yeni minikavtomobili satılıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə25 faiz azdır.

Eyni zamanda, rublun dəyərinin azalması avtomobillərin ortahesabla 35-45 faiz bahalaşmasına səbəb olub.