Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sandu: "Rusiya Moldovada da nüvə silahı yerləşdirmək istəyir"

"Rusiya Belarusda olduğu kimi, Moldovada da nüvə silahı yerləşdirmək istəyir".

Bunu Moldova prezidenti Maya Sandu deyib.

O bildirib ki, Rusiyanın Moldovada hakimiyyəti dəyişmək niyyəti ilə bağlı konkret sübutlar var: “Kreml Moldovada hakimiyyəti dəyişməyə, ölkədə Rusiyayönümlü rejim qurmağa çalışır. Lakin bu gün Moldovada müstəqil hakimiyyət var. Ona görə də ölkədə Rusiyayönümlü hakimiyyətin qurulmasına icazə verilməyəcək”.