Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Salamlaşsa nə olur, salamlaşmasa nə olur"... Məhərrəm İncədən cavab - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə vəfat edən Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri Dəniz Baykaln dəfni zamanı tənqid olunan addım atıb. O, dəfn zamanı siyasi partiya liderlərindən yalnız Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə ilə görüşərək, digərlərinə məhəl qoymayıb.

M.İncə Ərdoğanın müxalifətçilərdən yalnız onunla əl-ələ görüşməsinə toxunaraq, onu tənqid edənlərə cavab verib.





“Həmin an cənab Ərdoğanın başqaları ilə salamlaşıb-salamlaşmadığını belə görmədim. Bunu xəbərlərdən öyrəndim. Mənim şou ilə işim yoxdur, məmləkətim qan ağlayır. Buradan siyasi nəticə çıxarıb məni tənqid edənlər var. Bunlar əxlaqsız insanlardır. Dağıntılar altında insanlarımız var, salamlaşsa nə olacaq, salamlaşmasa, nə olacaq. Mən atayam, babayam, müəlliməm, övladlarım dağıntılar altındadır”- M.İncə bildirib.