Logo
news content
User
Kateqoriyalar

Xəbər

Salah da PSJ-yə qoşula bilər

Misir millisisinin və İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Fransanın PSJ komandası ilə danışıqlar apaparır.

Misir mətbuatı xəbər verir ki, 31 yaşlı hücumçu mersisaydlıların səfərdə "Brayton"a 0:3 hesabı ilə uduzduğu Premyer Liqanın XX tur oyunundan sonra Paris təmsilçisinin sahibi Nasser Əl-Xəlaifi ilə görüşüb. Şam yeməyində bir araya gələn futbolçu və funksionerin mümkün transferi müzakirə etdikləri bildirilib.

PSJ-nin bir müddətdir Salahı transfer etmək istədiyi və danışıqların müsbət istiqamətdə getdiyi iddia olunub.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"un şərəfini qoruyan Məhəmməd Salah bu mövsüm meydana çıxdığı 27 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.